Yeni Veyisli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə.

Tarixi 2009-cu il noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış Yeni Veysli qəsəbəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Prezident Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.Məcbiri köçkünlər üçün yeni qəsəbə istifadəyə verilib . Yayımlanıb:20.11.2009

Qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilibdir.

İnfrastruktur Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.

2011-ci ildə Yeni Veysli qəsəbəsində elektron ATS istifadəyə verilməsi nəzərdə tutulmuşdur.Goranboyda rabitə sisteminin inkişafı üçünəsaslı tədbirlər görülür . Yayımlanıb:08–01-2011

Mədəniyyət Burada məktəb binası, uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar tikilmişdir. Qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında prezident də iştirak edib.

Əhalisi Qəsəbənin əhalisi işğal olunmuş Kəlbəcər rayonunun əhalisindən ibarətdir. Az sayda digər işğal olunmuş rayonlardan da sakinlər var.

İstinadlar

Kateqoriya:Goranboy rayonunun ləğv olunmuş qəsəbələri Kateqoriya:2009-cu ildə yarananlar