"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş.

Haqqında 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı.

"Andlı öhdəliyə" əsasən:

Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu.

Mənbə Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.

Kateqoriya:Azərbaycanla bağlı müqavilələr Kateqoriya:1803-cü ildəki hadisələr Kateqoriya:12 apreldəki hadisələr Kateqoriya:Balakən rayonu