Enqus Diton (; ) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyatı 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.İqtisadiyyat sahəsində 2015-ci ilin Nobel mükafatı laureatı . Azərbaycanın vergi jurnalı, № 5 (125), 2015, səh. 198.
Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur.
Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir.İqtisadiyyat sahəsində 2015-ci ilin Nobel mükafatı laureatı . Azərbaycanın vergi jurnalı, № 5 (125), 2015, səh. 199.
Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” () adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.
Diton iqtisadiyyat üzrə elmi-populyar kitabların müəllifi, həmçinin başqa dövlətlərə iqtisadi yardım göstərməyin əleyhdarı kimi də tanınır. Alim dəfələrlə bəyan etmişdir ki, itisadi firavanlıq əldə etmək üçün dövlətin iş qabiliyyətini yüksəltmək lazımdır, iqtisadi yardımla bunu başa gətirmək mümkün deyildir.
İstinadlar
Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Edinburqda doğulanlar Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:Şotlandiya iqtisadçıları