İşiqaki () — Yaeyama adalarına Sakişima qrupuna Ryukyu arxipelaqına daxildir. Senkaku adaları ilə birlikdə İşiqaki dairəsinə, Yaeyama qəzası və Okinava prefekturası ərazisinə daxildir.

Coğrafiyası İşiqaki prefekturanın ücüncü böyük adasıdır. Onun sahəsi 222,6 km² təşkil edir. Adanın əhalisi 46 489 nəfər təşkil edir (2008). Ada İriomote-İşiqaki Milli Parkı ərazisinə daxildir

Ada prefekturanın mərkəzi olan Nahadan 410 km aralıda yerləşir. Tayvan adasından isə 270 km məsafəyə malikdir. Şimal-şərqə doğru ensiz yarımadalar əmələ gətirir.

Ən hündür nöqtəsi Omoto dağıdır (529 m). Adanın ən böyük şəhəri İşiqakidir. Qəsəbələri: Miyara, Siraho, Hirae, Ohama, Maesato, Kabira.

Şəkillər

İstinadlar

Mənbə English language guide to Ishigaki island Ishigaki City official website

Həmçinin bax

Kateqoriya:Okinava prefekturasının adaları Kateqoriya:Yaeyama adaları Kateqoriya:Yaponiyanın liman şəhərləri