Visovaç adası () — Xorvatiyada yerləşən kiçik adalardan biridir. Krka çayının Visovaç gölünə töküldüyü yerdə yerləşmişdir. Krka Milli Parkının ərazisinə daxildir.
Coğrafiya Adanın ümumi sahəsi 17376 m²-dir. Sahil xəttinin uzunluğu isə 478 metrdir. Ada təxminən 170 × 120 m ölçülərində olan oval formaya malikdir. Adanın cənub-şərq hissəsinin üçbucaq şəklində olması burada şelf zonanın olmasıdır.
Ada Drişna şəhərindən avtomobillə 10 dəqiqəlik məsafədə, Skradina şəhərindən isə 6 km məsafədə yerləşmişdir.
Tarixi Milli parkın daxilində yerləşən Visovaç adası Macarıstan kralı I Luiz dövründə kəşf olunmuşdur. Adada fransiskanlara məxsus qədim katolik Visovaç monastırı yerləşir və 1445-ci ildə tikilmişdir.Oliver, Jeanne Croatia , Lonely Planet 4th ed. p. 187. ISBN 1-74104-475-8 Bununla yanaşı milli park ərazisində Şərq Ortodoks Kilsəsinə məxsus və 1345-ci ildə inşa olunmuş Krka monastırı da yerləşir. Adanı qayıqla ziyarət etmək mümkündür.
Ada 1345-ci ildə kral I Luiz tərəfindən hədiyyə verilmişdir. Hədiyyəni alan şəxs isə Roq şəhərinin knyazı Budislavu Uqriniçu olmuşdur. Burada Müqəddəs Pavelin şərəfinə kiçik kilsə və monastır inşa edilmişdir. Adaya 1440-cı ildən bu günə qədər Osmanlı zülmündən azad olmuş Bosniyalı fransiskanlar gəlirlər və burada məskunlaşırlar.
Krka monastırı Ortodoks Dalmatiya Yeparxiyasının mərkəzidir. Haqqında ilk məlumatı 1402-ci ildə Serbiya imperatoru Duşanın bacısı Yelena Şubiç tərəfindən verilmişdir. Monastır daha sonra XVIII əsrdə yenidən təmir olunmuşdur.
Turizm Visovaç adası məşhur turizm mərkəzlərindən biri hesab olunur. Burada yerləşən monastır və muzeyə hər il dünyadan milyonlarla turist gəlir.
İstinadlar
Xarici keçidlər