Qızılqum Zərəfşan FK (; ) — Zərəfşan şəhərini təmsil edən Özbəkistan futbol klubudur. Hal-hazırda klub Özbəkistanın əsas liqası olan Özbəkistan Liqasında mübarizə aparır. Klubun adı şəhərin yaxınlığında yerləşən Zərəfşan çayının adından götürülmüşdür. Qzılqum isə Özbəkcə Qırmızı qum mənasına gəlir ki, bu da yerli səhra ilə bağlıdır.
Tarixi thumb|right|2014-cü ilə qədər Qızılqum FK-ın loqosu Qızılqum FK 1967-ci ildə Proqress adı altında yaradılmışdır. Klubun adı 1994-cü ildə Qızılqum kimi dəyişdirilsədə, 1995-ci ildə yenidən Proqress adı geri qaytarılmışdır. 1997-ci ildə klub yenidən Qızılqum adlandırıldı. Klub ilk dəfə 2000-ci ildə Özbəkistan Liqasında debüt etmişdir. İlk mövsümdə klub 11-ci yeri tutmuşdur. Bir il sonra, yəni 2001-ci il mövsümündə klub liqanı 6-cı yerdə başa vurdu. Nəhayət, 2002-ci il mövsümündə klub liqanı 3-cü yerdə başa vurdu. Kubokda isə klub güclü Neftçi Fərqanə FK klubuna yarımfinalda məğılub olaraq yarışı dayandırdı. Klub 2000-ci illərdə Özbəkistan Liqasında ən uğurlu vaxtlarını keçirmişdir.
Ad dəyişdirilməsi 1967—1994: Proqress 1994—1995: Qızılqum 1995—1997: Proqress 1997: Qızılqum
Stadion Klub öz ev oyunlarını 5000 tamaşaçı tutumuna malik və Zərəfşan şəhəri ərazisində yerləşən Proqress stadionunda keçirirdi. 2013-cü ilin avqust ayında Proqress stadionu təmirə bağlandı. 2013-cü ilin avqust ayından 2014-cü ilin may ayına qədər klub öz ev oyunlarını Novai yaxınlığında yerləşən və 10000 tamaşaçı tutumuna malik Soqdiana stadionunda keçirməyə başladı. Soqdiana stadionunda həm də Yuzhanin FK öz ev oyunlarını keçirirdi. 2014-cü ilin may ayında Novai şəhərində yeni stadion tikilməyə başladı. Stadionun adı Yoşlar stadionu idi və klub artıq burada oynamağa başladı.
Yoşlar stadionu Umid nihollari 2012 idman kompleksinin əsasında tikilmişdir və məktəblilər arasında keçirilən respublika idman oyunlarını qəbul edir. Təmir işlərindən sonra stadionda oturacaqların sayı 12500-ə çatdırılmış, 2011-ci ilin aprel ayından 2012-ci ilə qədər idman kompleksi fəaliyyət göstərmişdir. İdman kompleksində voleybol, həndbol, basketbol və digər idman növləri üçün 2 kort fəaliyyət göstərir. 2012-ci ildə Umid nihollari oyunlarının açılışı bu stadionda baş tutmuşdur. 2012-ci ilin noyabr ayında AFK stadionu A kateqoriyası ilə mükafatlandırmışdır. Birinci rəsmi oyun 3 may 2014-cü ildə keçirilmişdir. Həmin oyun Qızılqum ilə Dinamo Səmərqənd arasında baş tutmuşdur.
Liqa tarixi
İl Div. Möv. Kubok Bombardir (Liqa)19921-ci L.13R32199314R321994519955R1619963PRVitali Avanesov – 3119974PR19987R1619993 Özbəkistan Liqasına geri döndü2000ÖzL11R16200161/4200231/220035R162004111/4
İl Div. Möv. Kubok Bombardir (Liqa)2005ÖzL7R1620066R1620077R32200814R322009101/420108R16201113R16201211R16Feruz Babakulov – 52013121/4Zafar Turaev – 5 Xurşid Yuldaşev – 5201411R16201510R32Baxriddin Vaxobov – 21
İndiki heyət 14 mart 2015-ci il məlumatlarına əsasən. 4
Texniki heyət 2014-cü il fevral ayına əsasən. MövqeAdBaş məşqçi Yuriy LukinKöməkçi məşqçi Aleksey EvstafeyevKöməkçi məşqçi Vladimir Andreyev
Uğurları Özbəkistan Liqası 3-cü: 2002
Baş məşqçilər Rüstəm Zabirov (2008–2010) Sergey Arslanov (2008–2010), müvəqqəti Marat Kabayev (2011) Sergey Arslanov (2011), müvəqqəti Ravşan Xaydarov (Yanvar 2012– Aprel 2013 ) Rüstəm Zabirov (Aprel 2013– İyul 2013) Yuriy Lukin (İyul 2013–)
İstinadlar
Xarici keçidlər FC Qizilqum Official Website Qizilqum Zarafshon – soccerway Weltfussballarchiv
Kateqoriya:Özbəkistan futbol klubları Kateqoriya:1994-cü ildə yaradılmış futbol klubları