thumb|362x362px|Adidas Beau Jeu Adidas Beau Jeu — futbol üzrə Avropa çempionatı 2016 turnirinin rəsmi topu. "Beau Jeu" fransız dilindən tərcümədə "gözəl oyun" deməkdir.

Dizayn Top Adidas şirkəti tərəfindən istehsal olunmuşdur. 12 noyabr 2015-ci ildə Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanın təqdimatı ilə ictimaiyyətə tanıdılmışdır. Top qeyri-adi dizayna malikdir.

Top üçün Adidas Brazuca topunun elementlərindən istifadə olunmuşdur. Narıncı elementlərə malik göy xətlərin əmələ gətirdiyi hərflər və rəqəmlər "EURO" və "2016" sözlərini ortaya çıxarır.

İstinadlar

Kateqoriya:UEFA Avro 2016 Kateqoriya:Futbol topları Kateqoriya:Adidas futbol topları