Poco's Udon World (), Yaponiyada tanınan adı ilə və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır.
Məzmun Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Personajlar
Baş qəhrəmandır və udon restoranı sahibinin oğludur. Udon prefekturasında doğulub və böyüyüb. Daha sonra Tokio şəhərində veb-dizayner kimi işləməyə başlayıb. Sota kiçik olanda udon restoranının oğlu utanmaqdan utanırdı, çünki məktəbdəki uşaqlar onu ələ salırdılar. Buna görə də atası öldükdən sonra belə restoranı yenidən açmaq istəmir. Restoranı satmaq məqsədilə Kaqavaya qayıdır, lakin Poko adlı oğlanla qarşılaşır. İtlərdən qorxur.
Əslində tanuki ruhu olan kiçik oğlandır. Sota ona baxmaq qərarına gəlir. Çox yaramaz və dəcəl uşaqdır.
Sotanın çox yaxın uşaqlıq dostudur. Balıqçılıqla məşğul olmağı sevir. Hazırda həkimdir. Atası ilə münasibətləri yaxşı deyil, dediyinə görə heç danışmırlar. Ən sevdiyi meyvə ananasdır.
Sotanın böyük bacısıdır. Uşaqlarla arası yaxşı deyil, çünki onlarla necə davranmalı olduğunu bilmir. Poko ilk dəfə onunla tanış olanda ondan qorxur, lakin daha sonra onu sevir. Rinko təmizliyə böyük önəm verir.
Sotanın uşaqlıq dostudur. Liseydən məzun olduqdan sonra May Tanaka ilə evlənib. İki uşaq anasıdır.
Mayın qızıdır.
Media Manqa Nodoka Şinomaru tərəfindən yazılmış manqa seriyası 21 iyun 2012-ci ildən Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunur. Shinchosha nəşriyyatı Bunch Comics imprinti altında 15 fevral 2016-cı ilə kimi 12 cildini buraxmışdır.
Cild siyahısı
Anime 2016-cı ilin fevralında anime serialı adaptasiyası anons edilmişdir. 12 seriyadan ibarət olan və Liden Films studiyası tərəfindən çəkilən anime serialının rejissoru Seyki Takuno, ssenaristi Natsuko Takahaşi, personaj dizayneri Eriko İto, bəstəkarı Yukari Haşimotodur.
9 oktyabr 2016-cı ildə NTV vasitəsilə , 16 oktyabr 2016-cı ildə RNC vasitəsilə yayımlanmağa başlamışdır. Animenin açılış mahnısı Weaver tərəfindən ifa olunan "S.O.S." mahnısı, bağlanış mahnısı isə GOODWARP tərəfindən ifa olunan "Sweet Darwin" mahnısıdır.
Seriya siyahısı № BaşlıqYaponca başlıq Yayım tarixi
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:Seynen manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Shinchosha manqaları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Liden Films Kateqoriya:Komediya anime və manqaları