() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlara" aiddir. Azərbaycanın prioritet endemik növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünə, gövdə 4-20 sm hündürlüyündə, bir iri təpə çiçəyindən ibarətdir. Yaraqları boz-göymtül, dar-xətvari, 2-3 mm enində, bəzən spiralvari əyilmişdir, təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, ucu sivridir. Çiçəkyanlığının xarici tərəfi üfüqi aşağı dartılmışdır, 4-5 sm uzunluğunda, 1,5-2 sm enində uzunsov və ya uzunsov xətvaridir, küt, boz, ortada dairəvi tünd göy ləkə və tünd-göy damarlar var. Çiçəkyanlığının daxili tərəfi yuxarıya doğru, 6-7 sm uzunluğunda, 3-3,5 sm enində, uzunsov, tərs yumurtavari, sıxılmış, qısa dırnaqcıqlı, küt, mavi bənövşəyi və ya bənövşəyi damarlıdır. Tozcuğu bənöşəyi, qutucuq 5-6 sm uzunluğunda, uzunsov, üçtilli, qısa buruncuqludur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə dövrü aprel, meyvə əmləgətirmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru, gilli və daşlı yamaclarda yayılmışdır. Mezokserofitdir.
Yayılması Bozqır yaylası.
Sayı və tendensiyası Populyasiyaları çox nadirdir. Tək-tək bitir. Dekorativ bitkidir. İtmə təhlükəsi altındadır.
Məhdudlaşdırıcı amillər Yaşayış ərazisinin deqradasiyası, otarılma, tapdalanma və əhali tərəfindən yığılması itmə təklükəsini yaradır.
Mühafizə tədbirləri Mühafizə tədbirləri yoxdur. Yasaqlıqların yaradılması vacibdir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1907-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Azərbaycan florası