Dəstəyarpaq qoyunboğan () — Hündürlüyü 30–100 sm, gövdəsi düzduran, sadə və ya budaqlanmış olan çoxillik ot bitkisidir. Sürünən şaxələnmiş kökümsovlu, vəzili-tüklərlə örtülmüş çoxillik ot bitkisidir.
Yarpaq Yarpaqları çiçək köbəsində 3–4 ədəd olmaqla düzülmüşdür, yumurtavari-uzunsovdur, küttəhər və ya bəzən sivritəhərdir, alt tərəfdən yumşaq tüklüdür, qismən çox uzun və ya qısa (1–2 sm) saplaq üzərindədir.Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016
Çiçək Çiçəkləri saplaq üzərindədir, yarpaqların qoltuğunda yarım çiçək köbələrilə toplanmış və çox vaxt onları ötüb keçir. Çiçəkaltlığı yoxdur. Tac sarı rəngdədir; onun payları yumurtaşəkilli, kənarları vəzili-kirpiklidir.
Meyvə Qutucuq şarşəkilli, kasacıqdan qısadır. Toxumları üçtilli olub, qaradır.
Çiçəkləməsi May
Meyvə verməsi May-Avqust
Azərbaycanda yayılması BQ (Quba), Samur-Şabran oval., BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax.-dağ. Yuxarı dağ qurşağına qədər.
Yaşayış mühiti Meşələrdə, kolluqlar arasında, rütubətli yerlərdə, çayların sahilində rast gəlinir.
İstinadlar
Kateqoriya:İkiləpəlilər