Small Basic – BASIC proqramlaşdırma dilinin Microsoft şirkəti tərəfindən sadələşdirilmiş variantı. Proqramlaşdırmanı yeni öyrənməyə başlayanlar, ilk növbədə uşaqlar üçün nəzərdə tutulub. İlk versiyası 2008-ci ilin oktyabrında təqdim olunub. Dilinin özünün yalnız 14 açar sözü var və çox sadə istifadəçi interfeysinə malikdir. Microsoft Small Basic öz ideyasını Loqo dilindən götürmüş Turtle qrafik kitabxanası ilə təchiz edilib. Məsələn,

300px|thumb|right|Microsoft Small Basic

For i = 1 to 4 Turtle.Move(100) ' Forward 100 pixels Turtle.Turn(90) ' Turn 90 degrees right EndFor

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 787 s. Xarici keçidlər http://www.smallbasic.com/ https://channel9.msdn.com/blogs/charles/expert-to-expert-the-basics-of-smallbasic

Kateqoriya:Proqramlaşdırma dilləri Kateqoriya:Microsoft azad proqram təminatı Kateqoriya:Microsoft