Mehmet Tuğrul Gücük () — Türkiyə diplomatı.
Həyatı Mehmet Tuğrul Gücük 1955-ci ildə Ankara şəhərində anadan olubTürkiyənin İsveçrədəki səfiri vəfat edib . report.az, 03.08.2016 .
Diplomat uzun sürən xəstəlikdən sonra 2016-cı il avqustun 2-də Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etmişdir. O, Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn edilmişdir.
Diplomatik fəaliyyəti Mehmet Tuğrul Gücük 1983–1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olmuş, 1995–1999-cu illərdə Türkiyənin ABŞ-dəki səfirliyində çalışmışdır.
O, 2005–2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləmişdir. 2014-cü ildən isə Türkiyənin İsveçrədəki səfiri idi. Ancaq həyatının təxminən son üç aydı ərzində müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi.
İstinadlar
Kateqoriya:Kadıköy Anadolu Liseyinin məzunları Kateqoriya:Boğaziçi Universitetinin məzunları Kateqoriya:Türkiyənin Bolqarıstandakı səfirləri Kateqoriya:Türkiyənin İsveçrədəki səfirləri