Trafalqar burnu (, )) — İspaniyanın Atlantik okean sahillərində, Kadis şəhəri və Cəbəllütariq boğazı yaxınlığında yerləşən burun. Burunun adı ərəb məşhəllidir. 'Tarf al-Gharb' () tərcümədə "Qərb burnu" mənasını verir.
21 oktyabr 1805-ci ildə Trafalqar burnunda İspaniya və Fransa donanmaları ilə (I Napoleon qüvvələri) Böyük Britaniya donanması arasında Trafalqar döyüşü olmuşdur. 1860-cı ildə burunda hündürlüyü 34 metr və ümumi hündürlüyü isə (dəniz səviyyəsindən) () 51 metr olan mayak ucaldılmışdır.
İstinadlar
Kateqoriya:İspaniya burunları Kateqoriya:Aralıq dənizi burunları Kateqoriya:Əndəlüs coğrafiyası