Pers xalçası, İran xalçası ( farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı ( qālī)Savory, R., Carpets,(Encyclopædia Iranica); accessed 7 noyabr 2017. — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir.
Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilirAndrew Burke, Mark Elliot. Iran. Volume 5 — p. 64 — P: Lovely planet, 2008 — ISBN 9781741042931Лятиф Керимов. "Азербайджанский ковёр". Том II — стр. 106–129 — Баку: Гянджлик, 1983.) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə () və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Xalçaçılıq sənəti siyasi böhranlar və tələbin azalması mühitində tənəzzül dövrünü keçirmişdir. XIX əsrin ikinci yarısından sintetik boyaların istifadə edilməyə başlanılması da sənətin tənəzzülünə təkan vermişdir. Buna baxmayaraq, xalçaçılıq hələ də müasir İranın iqtisadiyyatında mühüm rol oynayır. Yeni istehsal, təbii boyalardan istifadənin dirçəlməsi, köhnə tayfa naxışlarının yeni təfsirdə təqdim edilməsi və əsrlər ərzində formalaşmış köhnə toxuculuq ənənələrinin istifadəsinə əsaslanır. Qədim Yunan mənbələrində qeyd edildikləri ilk vaxtlardan bu günə kimi əllə toxunmuş İran xalçaları yüksək bədii dəyər və prestij göstəricisi hesab edilməkdədir.
"İran xalçası" termininin daha çox xovlu xalı məmulatlarına aid edilməsinə baxmayaraq, Kilim, Sumax və Suzani kimi xovsuz xalçaçılıq məmulatları da zəngin toxuma ənənəsinin daşıyıcılarıdır.
2010-cu ildə "Fars və Kaşanda xalça toxuma ənənələri" UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahıısına salınmışdır.
Tarixi Xalçalar daim istifadə edildiyinə, gəmiricilər və həşəratlar tərəfindən didildiyinə görə məhv olurlar, buna görə də, xalçaçılıq sənətinin nə vaxtdan başlaması naməlumdur. Xalçaçılıq məmulatları ehtimal ki, daha erkən döşəmə məmulatları olan keçə və "düz toxuculuq" məhsullarının əsasında hazırlanmağa başlanmışdır. Xovsuz xalçalar, iplərin arğac və əriş üsulu ilə bir-birinə dolanması vasitəsilə hazırlnır və yuna malik olmurdular. Daha sonra toxuma texnikasının inkişaf etdirilməsi nəticəsində dönmə toxuculuğu kimi üsullar da meydana çıxmışdır. Dönmə toxuculuğu gərilmiş iplər üzərində iplərin üzü toxucuya tərəf döndürülməsinə əsaslanır. Döndürülmüş iplər bəzən kəsilərək dönməni bağlı saxlayır, bəzən də ikinci ipə keçirilərək davam etdirilir. Əllə toxuma zamanı hər döngədən sonra ip düyünlənərək kəsilir.
Pazırıq xalısı 250px|thumb|right|E.ə. V əsrdə toxunmuş Pazırıq xalısı, Ermitaj.
Pazırıq xalısı 1949-cu ildə Sibirdəki Altay dağları ərazisində yerləşən Pazırıq vadisində, Skif zadəganının məzarından aşkarlanmışdır. Radiokarbon tədqiqatı xalının e.ə. V əsrdə toxunmasını ortaya çıxarmışdır.Haider, R., Carpet that Captive 183x200 santimetr ölçüyə malik olan xalının hər sm2-də 26 simmetrik düyün yerləşir.Nouri-Zadeh, Sh., Turkish Carpet; The Beautiful Picture of Art in History Pazırıq xalısının toxunmasında istifadə olunmuş qabaqcıl texnika, o zamana kimi bu sənətin uzun inkişaf yolu keçdiyini göstərir. Pazırıq xalısı tarixən məlum olan ən qədim xalçaçılıq nümunəsidir.Rubinson, Karen S., "Animal Style" Art & the Image of the Horse and Rider Xalının mərkəzi hissəsi tünd qırmızı rəngdə olmaqla iki qatlı frizə malikdir. Frizin ortasında bir-birinin arxasınca gedən heyvanlar təsvir edilmişdir. Frizə uyğun olan xarici sərhəd kvadratı içərisində atlı insanlar təsvir edilmişdir. At sarğıları müxtəlif dizaynlarda toxunmuşdur. Mərkəzi hissədə hər birində 6 kvadrat olan dörd sıra vardır. Qırmızı fon üzərində yerləşən kvadratların hər biri ulduza bənzər ornamentlə doldurulmuşdur. Xalının dizaynı gələcəkdə Şərq xalçaları üçün standart dizayn olacaq xüsusiyyətləri sərgiləyir: təkrarlanan naxışlarla doldurulmuş və mürəkkəb dizayna malik çərçivələrlə əhatələnmiş məzmun.
Pazırıq xalısını kəşf etmiş arxeoloq Sergey Rudenko belə qərara gəlmişdir ki, xalı farslar, parflar və ya madaylar kimi İran xalqlarından biri tərəfindən toxunmuşdur.Руденко С. И. Пятый Пазырыкский курган.// КСИИМК. Вып. XXXVII. М.-Л.: 1951. С. 106–116. :Независимо от того, чьей работы этот ковёр — мидийской, персидской или парфянской, — во всяком случае он средне- или переднеазиатский, его датировка V в. до н.э. вполне вероятна.E. Barber. "Prehistoric Textiles: The Development of Cloth in the Neolithic and Bronze Ages with Special Reference to the Aegean" — Princeton University Press, 1991 — p. 202 — ISBN 069100224X, 9780691002248 Lakin, xalının aşkarlandığı ərazidə istehsal olunması, yoxsa Əhəməni manufakturasında istehsal olunaraq buraya gətirilməsi məsələsi elmdə müzakirə mövzusu olaraq qalmaqdadır.Lerner J., Some So-called Achaemenid Objects from Pazyryk, Source: Notes in the History of Art, vol. 10, no. 4:8–15 (1991).Harald Böhmer and Jon Thompson, The Pazyryk Carpet: A Technical Discussion, Source: Notes in the History of Art, vol. 10, no. 4:30–36 (1991). Onun toxunma standartları və mürəkkəb heyvani naxışları xalçaçılığın ozamankı inkişaf səviyyəsindən xəbər verir.
Əhəmənilər, Selevkilər və Parfiya dövrü İran xalçalarının mənbələrdə mümkün ilk xatırlanması e.ə. 400-cü ilə təsadüf edir. Qədim Yunan tarixçisi Ksenofon "Anabasis" adlı əsərində yazır:
Ksenofon fars (mənbədə "barbar" sözü istifadə edilir ki, bu da "yunan olmayan" anlamına gəlir) xalçalarını diplomatik hədiyyələr üçün qiymətli və layiqli seçim hesab edir. Bu xalçaların xovlu ya xovsuz olması haqqında heç bir məlumat yoxdur, lakin, maraqlıdır ki, Fars xalçalarının tarixdə ilk dəfə qeyd edilməsi onların dəyərli və zövqlü hədiyyə kimi xatırlanması ilə bağlıdır.
Əhəmənilər (e.ə. 553–330), Selevkilər (e.ə. 312–129) və Parfiya (e.ə.170-b.e.226) dövründən bizim dövrümüzə heç bir xalçaçılıq nümunəsi çatmamışdır.
Sasanilər dövrü 250px|thumb|left|VII-VIII əsrlərə aid Simurq quşu təsvirli Sasani ipəyi. Parisdəki Müqəddəs Len kilsəsində relikviyanın örtülməsi üçün istifadə edilib. Hazırda bir hissəsi Londonda Viktoriya və Albert muzeyində saxlanılır. İran ərazisində Parfiya dövlətini əvəz etmiş Sasanilər sülaləsi 400 ildən uzun bir müddət ərzində Bizansla yanaşı dövrün ən mühüm siyasi güclərindən biri hesab edilmişdir.International Congress of Byzantine Studies Proceedings of the 21st International Congress of Byzantine Studies, London, 21–26 August 2006, Volumes 1–3 pp 29. Ashgate Pub Co, 30 sep. 2006 Sasanilər təxminən Əhəmənilərin hökm sürdüyü sərhəddlərə qədər imperiyanın sərhədlərini genişləndirmiş və Ktesifon şəhərini paytaxt seçmişdilər. İslamdan əvvəl hökm sürmüş son fars sülaləsi olan Sasanilər Zərdüştülüyü dövlət dini elan etmişdilər.
Farsların nə zaman və necə xalça toxumağı öyrənmələri məlum olmasa da, Sasanilər dövründə döşəmə üçün xalça toxuma üsul və dizaynları artıq Bizantion, Anadolu və Persiya ərazilərində məlum idi:Bizantion və Persiya arasında yerləşən Anadolu e.ə. 133-cü ilə kimi Roma İmperiyasının tərkibində olmuşdur. Coğrafi və siyasi dəyişikliklər və müharibələrə baxmayaraq, Anadolu həmişə Şərqi Roma və İran ərazisini əlaqələndirmişdir. Roma Antioxiyasının mozaika və mümarlıq nümunələrindən göründüyü kimi, hər iki imperiya oxşar stil və dekorativ lüğəti yaratmışdır. Yan van Eykin "Madonna və körpə van der Pale kanonikində" rəsmində təsvir etdiyi türk xalçasının naxışları Roma mənşəli olmaqla Əməvilər dövrünə aid Hişam sarayının mozaik döşəməsində də təkrar olunmuşdur.
Xovsuz toxuma və tikmə artıq Sasanilər dövründə məlum idi. Sasanilər dövründə hazırlanmış ipək məmulatı Avropa kilsələrində relikviyaların örtülməsi üçün istifadə edilmiş və yaxşı vəziyyətdə dövrümüzə çatmışdır. Sasani ipəyinin müxtəlif çeşidləri Tibet monastırlarında qorunaraq dövrümüzə çatmışdır ki, bu monastırlara da onlar Mədəni inqlab zamanı Çindən və İpək yolu üzərində yerləşən Turfan yaxınlığındakı Astana yaşayış yeri kimi arxeoloji abidələrdən aşkarlanaraq gətirilmişdir. İran toxuyucularının yüksək peşəkarlığı, 637-ci ildə Ktesifonu işğal etmiş ərəblərin qənimət kimi ələ keçirdikləri "Xosrovun baharı" xalçasını təsvir edən Təbəri tərəfindən də təsdiqlənir. Təbərinin təsvir etdiyi xalça dizaynı və xüsusiyyətlərindən onun xovlu xalça olması ehtimalına inam azalır.
Əfqanıstanın Şimal-Şərqində Səməngan əyaləti ərazisində tədqiqatlar zamanı aşkarlanmış xalça qalıqlarının karbon-14 tədqiqatları nəticəsində məlum olmuşdur ki, onlar II əsrdən erkən Sasani dövrünə qədərki dövrdə hazırlanmışlar. Bu qalıqların bəzilərində heyvanlar, o cümlədən marallar (bəzən onar ard-ara düzəlmüşdür ki, bu da Pazırıq xalısının dizaynını xatırladır), bəzilərində isə qanadlı mifik varlıqlar təsvir edilmişdir. Xalça fraqmentləri didilmiş kobud yun iplərdən fars və Uzaq şərq xalçaları üçün xarakterik olan asimmetrik düyünlərlə toxunmuşdur. Bu xalça qalıqları hazırda Küveyti idarə edən Əl-Sabah sülaləsinə məxsus "Dar əl-Ətar əl-İslamiyyə" kolleksiyasında saxlanılır.
Xalça qalıqları erkən Sasani dövrünə aid edilsələr də, görünür ərəb mənbələrdində təsvir edilmiş möhtəşəm saray xalçaları ilə oxşar xüsusiyyətlərə malik olmamışlar. Onların şaqla tamamlanan kobud toxunuşları ehtimal ki, əlavə izolyasiya ehtiyacından irəli gəlmişdir. Kobud heyvan təsvirlərinə əsasən bu xalçaların köçəri tayfalar tərəfindən toxunduğ ehtimal edilir.
Erkən İslam və Ərəb Xilafəti dövrü İranın ərəblər tərəfindən işğalı 651-ci ildə Sasanilər imperiyasının süqutu və Zərdüştçülüyün qadağan edilməsi ilə nəticələndi. İran, müxəlman xəlifələr tərəfindən idarə edilən İslam dünyasının tərkibinə qatıldı.
İrana səfər edən ərəb tarixçiləri və coğrafiyaçıları tarixdə ilk dəfə xalçaların döşəməni örtmək üçün istifadə edildiyi haqqında məlumat verirlər. "Hüdud əl-aləm" əsərini yazmış naməlum müəllif xalçaların Fars əyalətində toxunması haqqında məlumat verir. Yüz il sonra Əl-Müqəddəsi Qainatda xalçaların toxunmasından danışır. XIII əsrdə Yaqut Həməvi Azərbaycanda xalçaların toxunmasından xəbər verir. Tanınmış ərəb səyyahı İbn Bətutə qeyd edir ki, İzədə Bəxtiyari atabəyini ziyarət etməyə gedərkən onun qarşısında böyük yaşıl xalça açılır. Bu məlumatlar göstərir ki, Xilafət dövründə tayfa və kənd sənayesi səviyyəsində olsa da, xalçaçılıq yaşadılmağa davam etdmişdir.
1258-ci ildə Bağdad döyüşü zamanı Hülakü xan tərəfindən Abbasilər xilafətinin məğlub edilməsindən sonra İranda ərəb xəlifələrinin hakimiyyətinə son qoyulur. Abbasilər, 1261-ci ildə yaradılmış mərkəzi Qahirə olan Məmlük dövləti ərazisində məskunlaşırlar. Misirin Osmanlılar tərəfindən işğalına (1517) kimi sülalə siyasi gücü olmasa da dini məsələlərdə hakimiyyətini saxlaya bilmişdir. Məmlüklərin hakimiyyəti dövründə Qahirədə "Məmlük xalçaları" adı ilə tanınan məşhur xalçalar toxunmuşdur.
230px|thumb|right|Konyadakı Əlaəddin məscidindən aşkarlanmış XIII əsrə aid Səlcuq xalçası.
Səlcuqlular dövrü və Türk-Fars ənənəsi