Xlorsulfon turşusu(ClSO3H)−sulfat turşusunun monoxloran-hidrididir. Kəskin iyli, ağır və havada tüstülənən mayedir.
Alınması Hidrogen xloridlə kükürd trioksidinin qarşılıqlı təsirindən alınır: HCl + SO3→ ClSO3H Və ya qatı sulfat turşusuna fosfor-pentaxlorid ilə təsir etməklə də almaq olar: H2SO4 +PCl5→ ClSO3H +POCl3+ HCl
Xassələri Xlorsulfon turşusu duzlar əmələ gətirmir. Su ilə qarşılıqlı təsirdə olaraq xlorsulfon turşusu hidrolizə uğrayır : ClSO3H + H2O → H2SO4+ HCl Xlorsulfon turşusu güclü sulfolaşdırıcı reagentdir. Aromatik birləşmələrnən sulfolaşma 2 mərhələdə gedir və sulfoxloridlər alınır: ArH+ ClSO3H ↔ ArSO3H +HCl ArSO3H + ClSO3H ↔ ArSO2Cl + H2SO4 Spirtlərin xlorsulfon turşusu ilə sulfatlaşdırılması prosesi otaq temperaturunda böyük sürətlə gedir: ClSO3H+ROH → HCl+ ROSO2OH
Tətbiqi Boya, yuyucu, dərman maddələrinin alınmasında və üzvi sintezdə istifadə edilir.
Təhlükəsizliyi İnsan orqanizminə təsir etmə dərəcəsinə görə ikinci təhlükəli sinfə aid edilir, təhlükəli maddələr sırasına daxildir. Zəhərləyici və boğucu təsirə malikdir. Polad qablarda saxlayır və daşıyırlar.
Mənbə Ə. B. Əliyev. Qeyri-üzvi kimya. Bakı 2007.s 191. Реми Г. "Курс неорганической химии" М.: Иностранная литература, 1963
Kateqoriya:Qeyri-üzvi turşular