Sabir bağı — Azərbaycanın paytaxtı Bakının skverlərindən biri. Şəhərin Səbail rayonunda yerləşir. Azərbaycanlı şair-satirik Mirzə Ələkbər Sabirin adını daşıyır. Cənub tərəfdən skver İçəri şəhərin qala divarına söykənir, şimal tərəfində İstiqlaliyyət küçəsi, şərqində tərəfdən – Konstitusiya məhkəməsinin binası, qərbində isə, daha çox İsmailiyyə adı ilə tanınan, Azərbaycan Elmlər Akademiyasının prezidiumu yerləşir. Bağın mərkəzində həmçinin şairin heykəli ucaldılıb.

Tarix Bağ 1922-ciЭфендизаде Р. М. Архитектура Советского Азербайджана. — Стройиздат. — М., 1986. — С. 74. ildə memar Ələsgərovun layihəsi əsasında "Kaspiy"Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с. tipoqrafiyasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib.

Skverin formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (skulptor Yakov Keylixis, memar Sırişev). 50-ci illərdə skver olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır. 300px|thumb|left|Bağın görüntüsü (1924-cü il).Solda – İsmailiyyə binası, sağda – Aleksandr-Nevskiy soboru Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-memarlıq görünüşünü daha da qabardır. Bununla əlaqədar şairin yeni heykəlinin ucaldılmasında zərurət yaranır. Yeni heykəl (skulptor Cəlal Qaryağdı, memarlar Əlizadə və İsmayılov) 1958-ci ildə skverin layihə kompozisiyasının mərkəzində yerləşdirilir.

Skverin ətrafında bulunan tarixi memarlıq abidələri də mühüm komponent rolunu daşıyır. Skverin arxitektur-landşaft görkəmini almasında vacib rolu həmçinin yaşıllaşdırma və abadlaşdırma ilə bağlı həyata keçirilən rekonstruksiya tədbirləri oynayıb.А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.

İstinadlar

Kateqoriya:Bakı parkları Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar