Zərrab — Azərbaycan Respublikasının Oğuz rayonunun Yaqublu kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Zəraf, Zərdab variantlarında da qeydə alınmışdır. Kənd Sarısu adlı kiçik çayın sahilində yerləşdiyinə görə belə adlanmışdır. Fars dilində Zərdab "sarısu" deməkdir.
"Zərrab"ın "zər" və "ab" sözlərindən yarandığı da ehtimal edilir. "Zər"in "od", "ab"ın isə "su" olduğu bəllidir.
Tarixi
Tarixi abidələri Kənddə albanlara aid olduğu ehtimal edilən qədim xristian qəbiristanlığı mövcuddur.
Coğrafiyası və iqlimi Kənd Alazan–Əyriçay çökəkliyində, rayon mərkəzindən 25 km cənubda, Yaqubludan 5 km qərbdə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 289 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.
Mədəniyyəti Kənddə klub, kitabxana və 60 nömrəlik ATS mövcuddur.
Təhsil Kənddə orta məktəb fəaliyyət göstərir.
Səhiyyə Kənddə tibb məntəqəsi var.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Oğuz rayonunun kəndləri