Samir Əliyev () — azərbaycanlı futbol mütəxəssisi, Səbail-in sabiq baş məşqçisi. Futboçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir.

Karyerası Peşəkar futbol karyerasına 1996-cı ildə Azərbaycanın 18 yaşlı gənclər komandasının oyunçularından tam heyətlə hazırlanan "U-18" komandasında çıxışla başlamışdır.

Daha sonra MOİK (Bakı) ordu klubunda 2 mövsüm çıxış edib.

1999–2002-ci illərdə "Neftçi"də oynamışdır. 2002-ci ildə "Azərbaycanın ən yaxşı futbolçusu" seçilib ("Futbol +" qəzetinə əsasən)"Futbol+" 2006-nın ən yaxşılarını seçir .

2002-ci ildə Ukraynanın "Volın" (Lutsk) klubu ilə müqavilə imzaladı və həmin klubda 2 mövsüm çıxış etmişdir.

2004-cü ildə Rusiyanın "Uralan" (Elista) komandası ilə Azərbaycana qayıtdı və burada Xəzər-Lənkəran klubunda çıxış etməyə başladı. 2005–2006-cı illərdə "İnter" (Bakı) klubunda oynayıb.

2006–2010-cu illərdə "Neftçi"də çıxış etmişdir. 2010/2011 mövsümündə isə Simurqda oynayıb.

2011-ci ilin iyulunda Turan klubuna qatıldı, lakin altı aydan sonra maddi problemlərə görə klubdan ayrıldı.

1997-ci ildə Azərbaycan yığmasında debüt etmişdir. 10 il ərzində milli komandada 31 oyun keçirib və 2 qola imza atıb.

Karyerasını 17 iyul 2012-ci ildə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" — "Zestafoni" oyununun fasiləsi zamanı rəsmən başa vurmuşdurДжавадов поздравил Алиева .

Nailiyyətləri Azərbaycan kubokunun qalibi: 1998/99 "Neftçi" (Bakı) Azərbaycan çempionatının gümüş medal mükafatçısı (3): 2000/01 "Neftçi" (Bakı), 2004/05 "Xəzər-Lənkəran", 2006/07 "Neftçi" (Bakı) Azərbaycan çempionatının bürünc medal mükafatçısı (4): 1998/99, 1999/2000, 2005/06, 2007/08 hamısı "Neftçi" (Bakı) Azərbaycanda ilin futbolçusu: 2002

İstinadlar

Xarici keçidlər 20px|link=YouTube 11 ADAM x | Samir Əliyev: "Kiyev "Dinamo"sunun transfer siyahısında idim"

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Taşirdə doğulanlar Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Volın Lutsk FK futbolçuları Kateqoriya:Ukraynada legioner Azərbaycan idmançıları Kateqoriya:Ukraynada legioner futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları