Azər Mahmud oğlu Əliyev (4 iyun 1986, Moskva) — Azərbaycan idman funksioneri və keçmiş pauerliftinqçi. 2021-ci ilin dekabrından Azərbaycan Milli Olimpiya Komitəsinin (AMOK) baş katibidir.

Bioqrafiyası Azər Əliyev 1986-cı il iyunun 4-də Moskvada anadan olub.

İdman karyerası 2008–2014-cü illərdə pauerliftinq üzrə dünya, Avropa və Avrasiya çempionatlarının medalçısı olub. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının idman ustasıdır.

İdman funksioneri kimi fəaliyyəti 2016-cı ildən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir. 2017-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsində baş katibin müavini vəzifəsində çalışıb.

2021-ci ilin noyabrında Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi onu Avropa Gənclər Yay Olimpiya Festivalı Komissiyasının üzvü təsdiq edib. 2021-ci il dekabrın 16-da AMOK İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasında komitənin baş katibi seçilib və bu vəzifədə Ağacan Əbiyevi əvəzləyib. 2025-ci ilin fevralında keçirilən Hesabat-seçki Baş Məclisində AMOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

2026-cı ilin martında AMOK-da təhlükəsiz idman prinsiplərinin möhkəmləndirilməsi məqsədilə yaradılan Təhlükəsiz İdman Komissiyasının sədri təyin olunub.

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Olimpiya Komitəsi Kateqoriya:Azərbaycan pauerliftinqçiləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:1986-cı ildə doğulanlar