Ordahal — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
Əhalisi Əhalisi 313 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Toponimiyası Kəndin keçmiş adı Orduhal olmuşdur. Türk dillərində ərəkit (araqut) "açıq meydan, dayanacaq yeri" mənalarında işlənir. Tədqiqatçılara görə, Ordahal oykonimi talış dilindəki ordalürdü (qamış, qarğı) və hal (təpə) sözlərindən düzəlib, "qamışlı təpə, qarğı bitən təpə" mənasındadır. Oyokonimin Ordaha variantı da işlənməkdədir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 236.
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri