Fərrux Yasar () — Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı, Şirvanşah I Xəlilullahın oğlu.

Fəaliyyəti

Siyasi vəziyyət I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi. thumbnail|left|350px|Şərəfəddin Hüseyn Sultaninin tərtib etdiyi şeir antologiyası kitabının üzlüyü. Fateh Sultan Mehmedlə münasibətlər Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı.

1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.B.Xинц. Mycyльмaнcкиe мepы и вeca c пepeвoдoм в мeтpичec-кyю cиcтeмy. M., 1979, c.16Əbdül-Hüseyn Nвvai, s.421.

III İvanla münasibətlər Mənbələrin məlumatına görə 1465-ci ildə Şirvanşah Fərrux Yasarın elçisi Həsən bəy Moskvaya gəlmişdir. 1466-cı ildə çar III İvan buna cavab olaraq Vasili Papinin başçılığı altında Şirvanşaha qiymətli hədiyyələrlə birlikdə Şirvana səfarət göndərmişdi. Səfarətin məqsədi ticarətlə yanaşı, Moskva dövləti ilə Şirvan arasında Qızıl Ordaya qarşı ittifaq yaratmaq idi.2-я Coфийcкaя лeтoпиcь в пoлнoм coбpaнии pyccкиx лeтoпиceй. VI, CПб., 1853, c.330-331Coфийcкий вpeмeнник, т.II, c.145M.M.Aлтьмaн. Из иcтopии тopгoвo-диплoмaтичecкиx cвязeй Mocквы и Шиpвaнa. Tp. Ин-тa иcтopии им. A.Бaкиxaнoвa, т.I, Бaкy, 1947, c.157

Teymuri Əbu Səidlə münasibətlər Hakimiyyətinin lap əvvəlində Fərrux Yasar Teymuri sultanı Əbu Səidlə toqquşmalı oldu. Əbu Səid h.873 (1468)-cü ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Sonra o, Şirvanşahdan yardım almaq ümidilə Muğan, Mahmudabad və Qızılağaca, Xəzər dənizi sahillərinə keçib getdi. Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərərək, onun düşərgəsinə dəniz yolu ilə ərzaq göndərirdi. Lakin Uzun Həsənin hədələrindən qorxuya düşən Şirvanşah qəflətən Əbu Səidə yardım göstərməkdən və onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı.

Ağqoyunlu dövləti tərəfindən Şirvanşahlar dövlətinin müstəqilliyinə təminat verildi. Uzun Həsən Əbu Səidin düşərgəsinə gedən bütün böyük yolları və keçidləri kəsdi. Düşərgədə aclıq başladı. Teymuri qoşunlarındakı atlar yemsiz qalaraq, Muğan düzündəki zəhərli otları yeyib kütləvi surətdə qırılmağa başladılar. Uzun Həsən Ərdəbilin seyidi Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni sultanla sülh bağlamaq fıkrindən daşındırdı. Onda Uzun Həsən Əbu Səidin sülh bağlamaq üçün gəlmiş adamlarını geri qaytardı. Onlar sultanın ordugahına qayıdıb, məlumat verməyə macal tapmamış Uzun Həsənin və onun müttəfıqlərinin saysız-hesabsız qoşunu göründü. Əbu Səidin əmirlərinin bir qismi öz istehkamlarını tərk edib düşmənin tərəfinə keçdi. H.873-cü il rəcəb ayının 16-da (31 yanvar 1468-ci il) günorta Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı. Uzun Həsənin iki oğlu onu təqib edərək yaxaladı və atalarının qərargahına gətirdi. Müttəfıqlərin müşavirələrində Şirvan əmirləri və qazıları bundan əvvəl onlarla söhbətdə Şirvanşahı xəyanətdə və Teymuri qoşunlarının məhv olmasında təqsirləndirdiyi üçün Əbu Səidin edam olunmasını təkidlə tələb edirdilər. Azərbaycanın bütövlüyünü qoruyub saxlamaq və Əbu Səidin yenidən hücum edə bilməməsi üçün onun edam olunması qərara alındı. Rəcəb ayının 20-də sultan Əbu Səid "əzablı ölüm Şərbətini içdi".Шapaф-xaн Бидлиcи, т.II, c.131-132Mюнeджжимбaши, c.l72Mиpxoнд, т. VI, c.403-406Пeтpyшeвcкий, c. 169-171.

Uzun Həsənlə münasibətlər Uzun Həsən Şirvanşahla və Şeyx Heydərlə müttəfiqlik münasibətlərini ömrünün sonunadək davam etdirdi. Uzun Həsən Şeyx Heydərlə qohum idi, belə ki, Trapezund imperatoru Kalo İohann Komnenin qızı Katerinadan (Dəspinə xatun) doğulmuş qızını Şeyx Heydərə ərə vermişdi. Uzun Həsənin bu qızının adı Həlimə, eləcə də Marta idi. Ona Aləmşah bəyim və Baki ağa da deyirdilər.E.Э.Бpowнe. A literary history of Persia. Cambridge, 1930, т.VI, c.47Həsən Rumlu. Əhsən ət-Təvarix, c.II, s.216, qeyd 5.

Sultan Yaqubla münasibətlər Uzun Həsən h.883 (1478)-cü ilin ramazan ayında öldükdən sonra Şirvanşahın müttəfıqləri ilə münasibətləri dəyişdi. Uzun Həsənin oğlu və varisi Yaqub bəy (h.883-896 (1478-1490)-cı illər) xarici düşmənlərlə mübarizədə Şirvanşahın dayağı idi. O, Fərrux Yasarın Qaytaq usmisi Adil bəyin bacısından doğulan qızı Gövhər Sultana evlənmişdi. Yaqub bəyin ondan Baysunqur Mirzə və Murad Mirzə, yaxud Sultan Murad adlı iki oğlu olmuşdu.Иcтopия Дaгecтaнa, т.I, c.213Дopн, c.583. Sonralar onların hər ikisi babaları Şirvanşah Fərrux Yasardan sığınacaq istəmişdilər. Güclənmiş Şeyx Heydər 1483- cü ildə Şirvana yürüş edərkən Yaqub bəy qayınatası Fərrux Yasara hərbi yardım göstərmişdi.

Şeyx Heydərlə münasibətlər

Şirvanda müharibə zamanı həlak olmuş Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin köməyi sayəsində müridlər və sufilər üzərində nüfuzunu gücləndirmiş və mövqeyini möhkəmləndirmişdi. Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və sultan Yaqubdan Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. H.892 (1487)-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.Tapиx-и Aмини, c.67-71, 117-119Mюнeджжим-бaши, c.72W.Hinz. Irans Aufstieg zum Nationalstaat. Gottingen, 1936, pp.80-89. H.893 (1488)-cü ildə Şeyx Heydər çərkəzlər üzərinə növbəti basqına icazə almaq üçün anası – Uzun Həsənin bacısı Xədicə xatunu Quma, sultan Yaqubun sarayına göndərdi. Sultan Yaqub Şirvanşah Fərrux Yasara (hədrət-ı səltənət pənah-i kamkar) çərkəzlərlə müharibədə Heydərə yardım göstərməyi xahiş etdi.

Şeyx Heydər anası qayıtdıqdan sonra döyüş dəstəsi ilə tələsik Ərdəbildən Şirvana yollandı. Yol boyu atası Cüneydin çoxlu "müridləri və sufiləri" ona qoşuldu. O, Araz sahillərinə çatanda Talış, Qarabağ əhalisindən və şamlılar tayfasından ibarət saysızhesabsız qoşuna malik idi. Qazı əl-Quzatın Bərdə ilə Gəncə arasındakı dağlıq hissədə yerləşən feodal mülki (ölkə) olan Calpert (Çarberd – Cerabert) qalasına yetişdikdə oranı talan etdi, cizyə və üşr ödəyib, dinc həyat sürən zimmiləri əsir aldı.Tapиx-и Aмини, c.71-72Дopн, c.584. Şeyx çayı keçdikdən sonra Şirvanşahın yanına elçi göndərib Dərbənd yolunu açmağı və islam qoşunlarına yardım göstərməyi tələb etdi. Onun Fərrux Yasara elçi göndərməkdən məqsədi Şirvan və onun qoşunları haqqında məlumat almaq idi. Belə ki, bu ölkə uzun müddət sülh şəraitində yaşayırdı və onun qoşunları öz yerlərində arxayıncasına fəaliyyətsiz dayanmışdılar. Hökmdarın yanında isə yalnız sərkərdələri, əmirləri, əyanları və yaxın dostları qalmışdı. Elçi gələndə Şirvanşah övladlarından birinin toyun edir, günlərini qayğısız, asudə və şən keçirirdi. Şirvanşah elçini hörmətlə qəbul edib cihada kömək üçün öz elçisi ilə Şeyx Heydərə bir qədər zireh, at və hərbi ləvazimat göndərdi.

Şeyxin elçisi Şirvanşahın elçisi ilə birlikdə qayıdaraq Heydərə xəbər verdi ki, bu səfər Fərrux Yasar üçün gözlənilməz olmuşdur və əlverişli imkandan istifadə etməmək ağılsızlıq olardı. Şeyx sazişi pozdu və Şirvanşah haqqında pis fıkirdə olduğundan elçi ilə kobud rəftar etdi. O, elçiyə dedi: "Geri qayıt və əmirinə de ki, biz onunla müharibə etməyə gəlirik. Atamın hər bir damla qanı üçün bütün dünyanın başını vuracağıq. Vuruşma filan gündə olacaq və Səfəvi qoşunları ləngimədən Şamaxıya hücum edəcəkdir".Tapиx-и Aмини, c.72-78 O, elçinin atını əlindən alıb, onu piyada yola saldı. Elçi yalnız təyin olunmuş döyüş gününə bir gün qalmış Şirvanşahın yanına qayıda bildi. O, vəziyyəti təsvir etdikdə şirvanlılar təlaşa düşdülər. Fərrux Yasar son dərəcə təşviş keçirdi, çünki Heydərin təcavüzkar niyyətləri və dəlisov şücaəti haqqında şayiələrə baxmayaraq, Şirvanşahın qoşunları pərakəndə halda olub, şeyxin hücumunu dəf etmək iqtidarında deyildi. Aydın idi ki, şeyx qalib gələrsə, Şamaxının meydan və məhəllələrində çoxlu qan axıdılacaqdı. Kiçik qoşunla müqavimət göstərmək mümkün olmadığından Şirvanşah qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü. Səhərisi gün şeyx qızılbaşların böyük süvari qoşunu ilə döyüş meydanına yollandı. Döyüşə girməyi qərara alan Fərrux Yasar kiçik bir dəstə ilə şəhərin sağ tərəfində Gülüstan səmtində dayanmışdı. O, qüvvələrin bərabər olmadığını görürdü.

Şeyx Heydər öz qoşunları ilə rəqibin üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan şeyx heç kəsə aman vermədən şəhər əhalisini qırmağa başladı. Qızılbaşlar Şamaxıda çoxlu kişi, qadın və uşaq qırdılar. Nifrəti coşub-daşan şeyx bundan doymayaraq Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə alaraq, onun ətrafında çadırlar, mancanaq və toplar qurdurdu. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün sultan Yaquba və onun dövlətinin adlı-sanlı əyanlarına müraciət etdi. Onun qasidi sultanın Sultaniyyə yaxınlığındakı Gözəldərə yaylağındakı sarayına gəldi. Bu xəbər şeyxin hərəkətlərində özü üçün də müəyyən təhlükə görən sultan Yaqubu qəzəbləndirdi O, müsəlmanların tökülmüş qanının qisasını almaq və oğlu, Fərrux Yasarın nəvəsi Baysunqur xan vasitəsilə qohumluq əlaqələri ilə bağlı olduğu Şirvanşaha yardım etmək qərarına gəldi. Sultan Yaqub Şirvanşaha tərəfdar olan fəqihlərin təsirilə Şirvanşaha kömək üçün Sultaniyyədən Ərdəbil yolu ilə təcili Şirvana getdi və h.893-cü il cəmadiyülaxir ayının 28-də (9 iyun 1488-ci il) ora çatdı. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx Heydər tələsik Şamaxının ətrafını tərk edərək Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabaniyə çəkildi və oradan Dərbəndə tərəf yollandı.