Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci (əvvəlki adı: Bakı Qida Sənayesi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.
Tarixi Əvvəlki adı Bakı Yeyinti Sənaye Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Qida Sənayesi Kolleci adı ilə adlandırılmışdır"Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 nömrəli Qərarı. .
11 iyul 2020-ci ildə Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi.
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Peşə təlimi; Marketinq; Əmtəəşünaslıq və istehlak mallarının ekspertiziyası; Ət və süd məhsullarının texnologiyası; Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası; Konservləşdirmə və qida konsentratları texnologiyasl; İaşə məhsullarının texnologiyası; Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası; Qida sanayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi; Dizayn.
İstinadlar
Xarici keçidlər Kateqoriya:Bakı kollecləri Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin kollecləri