Çin-Hindistan sərhəd müharibəsi — Çin Xalq Respublikası ilə Hindistan arasında 1962-ci ilin payızında yüksək dağlıq ərazidə yerləşən sərhəd zonasında baş vermiş sərhəd müharibəsi.

Səbəbləri Keçmiş Britaniya Hindistanı ilə Tibet arasında sərhəd xətlərinin müəyyənləşdirilməsi sahəsində mübahisəli ərazilər qalmaqda idi. Bu ərazilərdən biri Kəşmirin şimal-şərq hissəsində yerləşən, Aksay-Çin adı ilə tanınan 518 km²-lik bir ərazi idiMaxwell N. India’s China War. Р. 38... İkinci mübahisəli rayon isə müasir Arunaçal-Pradeş ştatının şimalında yerləşən 700 km uzunluğuna malik sərhəd xətti boyunca uzanan 82,88 min km²-lik ərazi idi.

Çinlə Hindistan arasında mühasibətlərin kəskinləşməsinin əsas səbəblərindən biri də daxili vəziyyətin gərginləşdiyi Tibetlə münasibətləri yaxşılaşdırmaq məqsədilə Çin tərəfindən Aksay-Çin vasitəsilə aparılan yol tikintisinin Hindistan tərəfindən aşkar edilməsi olmuşdur. 1960-cı ildə Çin Xalq Respublikası Hindistana qərbdə fəaliyyət azadlığı müqabilində şərqdəki mübahisəli ərazini ona güzəştə getməsini təklif etdiResistance and Reform in Tibet. P. 45... Digər bir mülahizəyə görə Tibet çinlilər tərəfindən işğal olunduqdan sonra on dördüncü Dalay-lamaya Hindistanın siyasi sığınacaq verməsi idi .

Müharibənin gedişi Hələ 1960-cı ilin iyulunda şərqdəki mübahisəli ərazidə tərəflər arasında ilk silahlı toqquşmalar, elə həmin ilin oktyabrında isə mübahisəli qərb ərazisində də qarşılıqlı hərbi əməliyyatlar baş verdi.

20 oktyabr 1962-ci ildə hərbi əməliyyatlar daha da kəskinləşdi. Çinlilər Dxola və Kxinzemana yaxınlığındakı Hindistan qoşunlarının mövqelərinə ağır zərbələr endirdilər, sonralar isə Dxoladan geri çəkilən Hindistan ordusunu təqib edərək iki cinahdan — şimaldan və cənubdan Tavanq şəhərinə hücum etdilər.

14 noyabrda hərbi əməliyyatlar daha da genişlənərək şərqdə Valonq və şimalda Ladakxe bölgələrini də əhatə etdi, burada Çuşul və Rezenq La şəhərləri çinlilər tərəfindən mühasirəyə alındı.

20 noyabrda çinlilər Hindistanın 4-cü piyada diviziyasını, demək olar ki, tamamilə darmadağın etdi. Valanq bölgəsi və xüsusilə, Rezenq La gərgin lokal döyüşlərin baş verdiyi əsas ərazilər idi.

Mao Tsedun Sovet İttifaqının köməyinə ümid etsə də, SSRİ Çin Xalq Respublikasını müdafiə etmədi və bitərəf mövqe tutdu. İngiltərə və ABŞ tərəfindən Hindistana silah göndərilməsindən Çin dövləti narahat oldu və 21 noyabrda Pekin radiosu birtərəfli qaydada atəşkəs elan etdi.

Xarici keçid "WAR IN THE HIMALAYAS: 1962 INDO-SINO CONFLICT", History Division, Ministry of Defence, Government of India

İstinadlar

Kateqoriya:1962-ci ildə Çin Kateqoriya:1962-ci ildə Hindistan Kateqoriya:Çinin ərazi mübahisələri Kateqoriya:Hindistanın ərazi mübahisələri Kateqoriya:Çin tarixi Kateqoriya:XX əsrin müharibələri Kateqoriya:Soyuq müharibə münaqişələri Kateqoriya:Hindistanın müharibələri