Riyaziyyat Genealogiyası Layihəsi (, MGP) — riyaziyyatçıların akademik genealogiyasını əhatə edən veb əsaslı verilənlər bazasıdır.. 30 sentyabr 2025-ci il tarixinə layihənin bazasında tədqiqat səviyyəsində riyaziyyatın inkişafına töhfə vermiş 334 029 riyaziyyat elmləri mütəxəssisi haqqında məlumat var idi. Tipik bir riyaziyyatçıya aid qeyd buraxılış ilini, dissertasiyanın adını (Riyaziyyatın predmet təsnifatı üzrə təsnifatla), alma mater məlumatını, elmi rəhbərin adını və doktorantlarının siyahısını əhatə edir..Mathematics Genealogy Project

Verilənlər bazasının yaranması Layihə onun yaradıcısı Harri Kuntsun öz elmi rəhbərinin elmi rəhbərinin adını öyrənmək istəyindən yaranmışdır.. Layihə yaradılan zaman Kunts Minnesota Dövlət Universiteti, Mankatoda riyaziyyat professoru idi. Layihə 1997-ci ilin payızında həmin universitetdə onlayn istifadəyə verilmişdir.Mulcahy, Colm; The Mathematics Genealogy Project Comes of Age at Twenty-one (PDF), AMS Notices, may 2017.

Kunts 1999-cu ildə Mankato Universitetindən təqaüdə çıxmış, 2002-ci ilin payızında isə universitet layihəni dəstəkləməkdən imtina etmişdir. Bundan sonra layihə Şimali Dakota Dövlət Universitetinə köçürülmüşdür. 2003-cü ildən etibarən layihə Amerika Riyaziyyat Cəmiyyətinin himayəsi altında da fəaliyyət göstərir. 2005-ci ildə isə Kley Riyaziyyat İnstitutundan qrant almışdır. Harri Kuntsa Morninqsayd Kollecində (indiki Morninqsayd Universiteti) dosent olan Mitçel T. Keller kömək etmişdir. Keller hazırda layihənin icraçı direktorudur.MGP News

Missiyası və əhatə dairəsi Riyaziyyat Genealogiyası Layihəsinin missiya bəyanatında bildirilir:

Missiya bəyanatı, Riyaziyyat Genealogiyası Layihəsi.

Genealogiya məlumatları Dissertation Abstracts International və Notices of the American Mathematical Society kimi mənbələrdən əldə edilir. Bununla belə, istənilən şəxs layihənin veb-saytı vasitəsilə məlumat təqdim edə bilər.Məlumatlar haradan əldə edilir?, Riyaziyyat Genealogiyası Layihəsinin tez-tez verilən suallar bölməsi, 28 mart 2010-cu ildə əldə edilmişdir.

Axtarış imkanı olan verilənlər bazasında riyaziyyatçının adı, elmi dərəcə aldığı universitet, dərəcənin verildiyi il, dissertasiyanın adı, elmi rəhbərin və ikinci elmi rəhbərin adları, dərəcənin verildiyi ölkənin bayrağı, doktorantlarının siyahısı və akademik nəsillərinin sayı göstərilir.

Doktorluq dərəcəsi almamış bəzi tarixi şəxsiyyətlər də bazaya daxil edilmişdir. Bunlara Jozef-Lui Laqranj və İsaak Nyuton daxildir.Joseph Lagrange, Riyaziyyat Genealogiyası Layihəsi.

Layihədə xronoloji baxımdan ən qədim qeydlərdən bəziləri təxminən 1010-cu ildə vəfat etmiş Əbu Səhl İsa ibn Yəhya əl-Məsihi və onun tələbəsi, Qərbdə daha çox Avisenna adı ilə tanınan İbn Sinaya aiddir. 2026-cı ilin sentyabrına olan məlumata görə, onların hər birinin genealogiya üzrə 245 000-dən çox akademik nəsil davamçısı var idi.

Etibarlılıq və tamlıq Qeyd edilmişdir ki, “Riyaziyyat Genealogiyası Layihəsinin topladığı məlumatlar istifadəçilərin özləri tərəfindən təqdim edilir. Buna görə də müşahidə olunan genealogiya şəbəkəsinin elmi rəhbərlik əlaqələrinin tam təsviri olduğuna zəmanət verilmir. Əslində, 16 147 riyaziyyatçının qeydə alınmış elmi rəhbəri yoxdur və onların 8 336-sının qeydə alınmış tələbəsi də yoxdur”.

Maimqren, Ottino və Amaral (2010) bildirmişlər ki, 1900–1960-cı illərdə məzun olmuş riyaziyyatçılar üçün məzuniyyət və elmi rəhbərlik qeydlərini ən etibarlı məlumatlar hesab etmək olar.

Həmçinin bax Neurotree Academic Family Tree

İstinadlar

Kateqoriya:Genealoji saytlar Kateqoriya:Onlayn ensiklopediyalar Kateqoriya:Riyaziyyat tarixi Kateqoriya:Riyaziyyat təhsili Kateqoriya:Riyaziyyatçılar