Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun Mistan kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 186 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

Tarixi Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur: 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər). 3. Şələyçiyon (Galayçılar). 4. Çöpçiyon (çöpçülər). 5. Zərgəron (zərgərlər-lallar). 6. Nunçiyon (çörəkçilər)

Din Kənddə "İmam Museyi Kazım" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri