Al Sani sülaləsi — 1971-ci ildən bu günədək Qətər əmirliyində hakimiyyətdə olan sülalə.

Tarixi Al Sani sülaləsi Bəni Təmim ərəb qəbiləsinə məxsusdurAlthani, Mohamed (2013). Jassim the Leader: Founder of Qatar İstifadə tarixi:2015–11–12. XVIII əsrdə Nəcddən Qətərə köçmüşdülər. Bəhreyn şeyxlərinin hakimiyyəti dövründə Doha şəhərində məskunlaşırlar. 1850-ci ildə Şeyx Al Sani hakimiyyətini Dohada və ətraf qəbilələr üzərinə genişləndirə bilir. Tezliklə Al Sani sülaləsi bütün Qətərdə hakimiyyəti ələ keçirir. 1868-ci ildə Bəhreyndən başqa bütün ölkələr Məhəmməd bin Sani Al Saninin müstəqil Qətər Əmirliyini tanıyıb "Line of succession: The Al Thani rule in Qatar" İstifadə tarixi:2015–11–12. Həmin il, Şeyx Məhəmməd bin Sani Al Sani Böyük Britaniya ilə müqavilə imzalayır. Qətərin xarici siyasətdə Böyük Britaniyadan asılı vəziyyətə düşür. 1871-ci ildə Şeyx Məhəmməd bin Sani Osmanlı imperiyasından və Doha bəylərbəyliyindən titul alır.

Məhəmməd bin Saninin oğlu və vəliəhdi Casim bin Məhəmməd (1878–1913) ingilislərə əks siyasət yeridir. Ondan sonra hakimiyyətə gələn Abdullah bin Casim (1913–1949) dövründə ingilislər Qətərə muxtariyyət verməyə razılaşır. Ancaq, kəşfiyyat və neft hasitalı ingilislərin əlində qalırdı. Əli bin Abdullah Al Sani (1949–1960)öz israfçılığı ilə məşhur idi. 1960-cı ilin oktyabr ayında sülalədaxili ziddiyyətlər nəticəsində Əli bin Abdullah oğlu Əhmədin xeyrinə taxt-tacdan imtina edir. Yeni şeyx Əhməd bin Əli (1960–1972) demək olar ki, ölkədə tapılmırdı. O, daima qumarxanalarla məşhur olan Livana və Monte-Karloya gedirdi. Dövlətin faktiki rəhbəri şeyxin varisi şahzadə Xəlifə bin Həməd Al Sani idi. Şahzadə Xəlifə bin Həməd maliyyə, məhkəmə icraatı, dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatları uğurla həyata keçirdir. 1971-ci il konstitusiyasına əsasən ölkə müstəqil Qətər əmirliyi elan edilir.

Nümayəndələri

Hakimləri Sani bin Məhəmməd 1825–1850 I Məhəmməd bin Sani Al Sani 1850–1878

Əmirləri Casim bin Məhəmməd Al Sani 1878–1913 I Abdullah bin Casim Al Sani 1913–1949 Əli bin Abdullah Al Sani 1949–1960 Əhməd bin Əli Al Sani 1960–1972 Xəlifə bin Həməd Al Sani 1972–1995 Həməd bin Xəlifə Al Sani 1995–2013 Təmim bin Həməd Al Sani 2013 -

Mənbə Рыжов К. В. Все монархи мира. Мусульманский Восток. XV–XX вв. — М.: Вече, 2004. — 544 с.

İstinadlar

Kateqoriya:Sülalələr Kateqoriya:Qətər əmirləri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:1825-ci ildə yarananlar Kateqoriya:Ərəb sülalələri